Fariz Məmmədov Qəbələdə nokaut oldu

Fariz Məmmədov Qəbələdə nokaut oldu
İDMAN
02:00 15.12.2013
1932

Dekabrın 14-15-də Qəbələ Olimpiya İdman Kompleksində peşəkar boks gecəsi baş tutub.

Lent.azsaytının Qəbələyə ezam olunmuş əməkdaşının xəbərinə görə, IBF, WBCA və WBO versiyaları üzrə kəmər uğrunda və reytinq xarakterli döyüşlər keçirilib.

İlk 3 döyüş reytinq xarakterli olub. Əvvəlcə rinqə +91 kq çəki dərəcəsində Elçin Əhmədov və Latviyanı təmsil edən Yanis Qinter çıxıb. 4 raunddan ibarət olan döyüşdə ilk dəqiqələrdən sona kimi üstün olan təmsilçimiz xal hesabında rəqibindən üstün olub.

İkinci döyüş 72,5 kq çəki dərəcəsində olan idmançılar arasında baş tutub. Rinqə Vüsal Əliyev və albaniyalı Armand Tsullhay çıxıb. 6 raunddan ibarət olan görüş çox gərgin keçib. İdmançımız sonuncu raundda inamlı döyüşü sayəsində yekunda qələbəni qazanan tərəf olub.

Reytinq xarakterli üçüncü görüşdə isə 79,8 kq çəki dərəcəsində mübarizə aparan idmançılar səhnəyə çıxıb. Ölkəmizi təmsil edən Rəşad Kərimovla Kubadan olan Mixel Velozonun qarşılaşması 6 raundluq olub. Daha fəal döyüşən şimali amerikalı boksçu bu qarşılaşmada qələbə seriyamıza son qoyub.

Daha sonra WBCA-nın Intercontinental titulu uğrunda görüş keçirilib. +91kq çəki dərəcəsində türkiyəli Yaqub Sağlam və ukraynalı Roman Qolovaşçenko bu kəmərə sahib çıxmaq üçün bir-birləri ilə güclərini sınayıblar. Yeri gəlmişkən, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov da bu görüşü izləyib. 12 raundluq qarşılaşmanın nəticıəsindı hakimlər qələbəni Ukraynadan olan idmançıya verib.

Nəhayət, sonda qəbələli azarkeşlərin səbirsizliklə gözlədiyi görüş baş tutub. WBO – IBF versiyaları üzrə Avropa kəmərləri uğrunda “Qəbələ”nin boksçusu Fariz Məmmədov yerli auditoriyanın alqışları və “Bayatı-Şiraz” sədaları altında səhnəyə daxil olub. Almaniya və Azərinin canlı ifasında Azərbaycan himni səsləndirildikdən sonar döyüş başlanıb. 66,8 kq çəki dərəcəsində döyüşən Məmmədovun rəqibi almaniyalı Mattias Pelklə qarşılaşması gərgin alınıb. 12 raunddan ibarət olmalı olan görüş yarımçıq başa çatıb. Belə ki, Fariz 8-ci raundun gedişində döyüşünü yarımçıq saxlamalı olub. Beləliklə, Pelk texniki nokaut hesabına qələbə qazanaraq 2 kəmərə birdən sahib çıxıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
08:36 07.10.2026
Səsini AI-dan qorumaq üçün bu addımı atdı