Faşizm üzərində qələbənin 68-ci ildönümü Gəncədə də təntənə ilə qeyd edilib
Bütün Xəbərlər
19:20 11.05.2013
890
Faşizm üzərində qələbənin 68-ci ildönümü Gəncədə də yaddaqalan tədbirlərlə qeyd edilib.AZXEBER.COM-un məlumatına görə, sinəsi orden və medallarla bəzənmiş yüzlərlə müharibə veteranı, eləcə şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə “Qələbə parkı”na gələrək ikinci dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar. Sonra Səbiskar qəbiristanlığında dəfn olunmuş İsban təyyarəçilərinin məzarları ziyarət edilmişdir. Bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağında yerləşən məzarı qarşısında davam etdirilmişdir.