Fatih Çekirgə: Köşə yazımda məsələyə aydınlıq gətirəcəyəm, bütün azərbaycanlıların adını deyəcəm'
Bütün Xəbərlər
13:18 17.08.2012
1390
Fatih Çəkirgə Mikayıl Cabbarovun məlum hadisə ilə bağlı təkzibindən xəbərdar olduğunu “Yeni Müsavat” qəzetinə bildirib. “Yeni Müsavat” yazır: Məsələ ilə bağlı araşdırmanı davam etdirmək üçün sözügedən iki yazının müəllifi Fatih Çəkirgə ilə əlaqə saxladıq. Oğlunun təhsili ilə bağlı hələ də Barselonada olan F.Çəkirgə “Yeni Müsavat”a bildirdi ki, məsələ ilə bağlı yenidən Türk Hava Yollarına müraciət edəcək: “Mikayıl Cabbarovun ”Hürriyet"ə təkzib göndərməsindən xəbərim var. Ancaq hər hansı yanılmaya yol verdiyimi sanmıram. Yazdıqlarıma gözlərimlə şahidəm. Mən uçağın buisness-klassında ən ön cərgədə otursam da baş verənləri rahatlıqla izləyə bilirdim. Həmin şəxsin davamlı olaraq stüardessa ilə yüksək tonda danışması diqqət çəkməyə bilməzdi. Bundan başqa, Mikayıl Cabbarov da daxil olmaqla, digər Azərbaycan vətəndaşlarını uçağa minməzdən öncə də gözləmə zalında müşahidə edirdim. Hamısının bərabər istirahətə getdikləri aşkar görünürdü. Söhbət uçağın buisness-klassındakı 19 nəfərdən gedir. İstanbul-Barselona uçağında mən və daha bir nəfər Türkiyə vətəndaşı vardı - digərləri hamısı Azərbaycan vətəndaşları idi".F.Çəkirgənin sözlərinə görə, Türk Hava Yolları enişdən sonra baş verənlər haqqında araşdırmaya başlayıb: “Mən hələ də Barselonadayam. Ancaq bu işi bir daha dəqiqliklə araşdıracağam. Əlimdə Türk Hava Yollarının 11 avqustda İstanbul-Barselona uçağındakı bütün sərnişinlərinin siyahısı var. Buna baxmayaraq, yaxın 2-3 gündə bir daha dəqiqləşdirmə aparıb yeni bir köşə yazımda məsələyə aydınlıq gətirəcəyəm”.Mikayıl Cabbarov isə öz təkzib məktubunda Çəkirgənin ona şər atdığını və bu qalmaqalda iştirak etmədiyini bildirib.