ABŞ-ın "Wall Street Journal" qəzeti fevralın 16-da Türkiyədə və başqa bir çox ölkədə nümayişinə başlanan “Fəth 1453” filminə Yunanıstandakı etirazlarla bağlı xəbər dərc edib.
"Fəth 1453"-ün 17 milyon dollarlıq büdcəsiylə Türk kino tarixininən bahalı filmi olduğunu yazan qəzet bəzi fraqmentlərin bəzi yunanları əsəbiləşdirdiyini qeyd edib.
Xəbərdə Yunanıstan qəzetlərinin "Türk istilaçılar dünyanın əfəndiləri kimi göstərilir" sözlərinə yer verilib.
Qəzet filmin Türkiyədə rekord qıra biləcəyini, Türkiyədə Osmanlı mövzusunun gedərək populyarlaşdığını yazıb.