Fatih Terim Ronaldinyonu istəmədi

İDMAN
14:39 16.01.2012
1429

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin Ronaldinyo klubunda görmək istəməyib. AZXEBER.COM-un məlumatına görə, Qalatasarayın prezidenti Ünal Aysal “Bizim Ronaldinyonu almaq imkanımız var. Bunu baş məşqçimizə dedik. Düşünmək üçün vaxt istədi və bir gün sonra Ronaldinyonu istəmədiyini söylədi”.

Fatih Terim isə, “Onun qiymətini və komandanın içindəki durumu nəzərə alaraq belə addım atdım. Həm bahalı, həm də sistemi poza biləcək bir oyunçudu deyə istəmədim” deyib.

Qeyd edək ki, prezident transfer siyasətini klubun startegiyasına uyğun qurduqlarını deyib: “Mənim də könlümdən Messi və Ronaldonu gətirmək keçir, amma bu mümkün deyil. Bəzi şeylər istəməklə olmur”.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR