Fatih Terim Yunanıstanda işləyə bilər

İDMAN
19:42 26.12.2023
262
Türkiyəli məşqçi Fatih Terim Yunanıstanda işləyə bilər.

Afina klubu "Panatinaikos” "imperator"un xidmətində maraqlıdır.

Yayılan məlumatlara görə, artıq tərəflər arasında danışıqlar da baş tutub və ilkin razılıq əldə olunub.

Türkiyə mətbuatının iddiasına görə Terim xəbəri təsdiqləyib və sabah rəsmi müqavilə üçün Yunanıstana gedəcəyini bildirib.

Yunanıstan təmsilçisi Fatih Terimə 6 ay + 1 illik sözləşmə təklif edib.

Qeyd edək ki, "Panatinaikos”un basketbol komandasını da türkiyəli məşhur məşqçi Ergin Ataman çalışdırır.

OXŞAR XƏBƏRLƏR