əBu gün Türkiyə Superliqasında mövsümün əsas oyunu keçirilib.XIV tur çərçivəsində “Qalatasaray” “Türk Telekom Arena”da əzəli rəqibi “Fənərbaxça” ilə qarşılaşıb.
Barışmaz rəqibini xeyli vaxt idi məğlub edə bilməyən “Cim Bom” axır ki, istəyinə çatıb. Doğma publika qarşısındakı oyuna Fatih Terimin rəhbərliyi altında çıxan “Qalatasaray” 3:1 hesablı qələbə ilə, “Fənər”i 6 rəsmi görüşdən sonra üstələyib. Meydan sahibləri 33 –cü dəqiqədə Ebuenin qolu ilə hesab açıblar. Hucumlarının ardı-arası kəsilməyən “Cim Bom” fasiləyədək daha bir dəfə sevinib. 41-ci dəqiqədə Elmanderin zərbəsindən sonra “Fənərbaxça” oyuna mərkəzdən başlayıb. İkinci hissədə də daha yaxşı oyun sərgiləyən Terimin komandası üçüncü dəfə rəqibini məyus edib. Bu dəfə Melonun zərbəsi “çərçivə”yə düşüb. Buna baxmayaraq, “Fənərbaxça” darmadağından qaçmağı bacarıb. Amma son dəqiqələrdə Aleksin vurduğu qol təsəllidən başqa bir şey olmayıb. “Qalatasaray” - “Fənərbaxça” - 3:1QOLLAR: Ebue, 33; Elmander, 41; Melo, 66 - Aleks, 90+2 Baş hakim: Fırat Aydınus“Qalatasaray” - Fernando Muslera, Emmanuel Ebue, Tomas Uyfaluşi, Semih Kaya, Hakan Kadir Balta, Emre Çolak, Felipe Melo, Kazım Kazım, Səlcuk İnan, Milan Baroş, Yohan Elmander