Fazil Mustafa: Türkiyəyə bu vətənin övladı kimi bir daha təşəkkür etdim
Bütün Xəbərlər
15:00 28.09.2013
1161
Fazil Mustafa: “Həsən Ruhani Azərbaycan insanının üzləşdiyi faciəyə toxunmağa borclu olduğu halda, bir kəlimə də bu mövzuya toxunmadı”.BMT-nin bu ilki sessiyasına ibrətamiz anlayışla baxın.Bizimlə qonşu iki dövlət var, birisi bizi qanca və dincə özünə yaxın hesab edir, bu, Türkiyədir, ikincisi isə bizi tarixcə və məzhəbcə özünə yaxın hesab edir, bu da İrandır.AZXEBER.COM xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.Millət vəkilinin yazdığına görə, Türkiyə Prezidenti Abdulla Gül BMT tribunasından Azərbaycan torpaqlarının işğalından, insanlarımıza qarşı ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.O, qeyd edib ki, hətta, Gürcüstanın prezidenti Saakaşvili də, yəni, donuz əti yeyən birisi də Rusiyanı ittiham edərək dolayı yolla Azərbaycanın problemini dilə gətirib.F.Mustafanın sonra qeyd etdiyinə görə, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani də ən azından elementar müsəlmanlıq duyğusu ilə Azərbaycan insanının üzləşdiyi faciəyə toxunmağa borclu olduğu halda, bir kəlimə də mövzuya toxunmayıb.“Qarabağda öldürülən, əsir düşən Həsən adında onlarda adaşının xatirinə belə onların dərdini dilə gətirmədi. Həm də liberal adı ilə şansı vardı ki, rəsmi dövlət baxışının dəyişdiyini göstərsin. Göstərmədi.. Ötən gün bir çayxanada çay içərkən o biri masada iranlı Ocaqnicat və başqa adlarda bir neçə Azərbaycan vətəndaşı olan mollanın səsindən mərsiyə janrında İmam Hüseynlə bağlı əhvalatları dinləyən cavan qardaşlarımızın necə pəjdmürdə olduğunu xatırladım.Orada Quran-i Kərimdən heç nə danışılmırdı, sadəcə, duyğusal rəvayətlərlə İslama dəxli olmayan saxta bir İslam təbliğ olunurdu. Tarixi şəxsiyyətlərə, peyğəmbərin bir sıra yaxınlarına yönəlik nifrət təbliğ olunurdu. Dinləyicilərin kimliyi məni maraqlandırmırdı, bu, uyuşdurucusuz zəhərlənən gənclərin hər biri mənim Azərbaycanımın vətəndaşları idi. Yəni, Qarabağı itirmiş, Vətəni pardaxlanmış insanların bir nümunələri idi.