“Atəş açandan sonra yerə tüpürüb keçdi”

“Atəş açandan sonra yerə tüpürüb keçdi”
KRİMİNAL
10:53 16.03.2024
910
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

"Qafqazinfo”nun məlumatına görə, ağır cinayətdə ittiham olunan 4 nəfər kanvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Bu iş üzrə istintaq orqanı tərəfindən 10 nəfər şahid qismində tanınıb. Ötən gün onlardan 5-i hakim qarşısında ifadə verib.

Şahidlərlərdən biri Elməddin Əliyevdir. Əliyev polis əməkdaşıdır. Amma hadisə baş verən vaxt xidmətdə olmayıb. O, Fazil Mustafanın vurulduğu yerin yaxınlığında yaşayır. 

Şahid deyir ki, hadisə vaxtı evinin həyətində gəzirmiş. Qəfil güllə səsi eşidib: "Tez küçəyə çıxdım. Səs gələn yeri dəqiq bilmədiyim üçün əvvəl səhv istiqamətə getdim. Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim. (Səbuhi Şirinovu nəzərdə tutur-red) Təxminən mənim yaşda olardı. Amma çox soyuqqanlı idi”.

Şahid istintaqa verdiyi ifadəsində deyir ki, ilk güllə səsindən sonra ardıcıl 2-3 dəfə də atəş səsi gəlib. Evdən çıxıb atəş səsi gələn yeri axtararkən isə qara kepka, qara şalvarlı tanış olmayan kişi görüb: "Yanımdan keçəndə səsli formada yerə tüpürdü. Onun bu hərəkəti və salam vermədən keçməsi qəribə gəldi. Arxası ilə baxdım, təxminən 30 yaşlı, 1.72 santimetr boylu kişi idi. Nə isə, evə qayıtdım. Bir az sonra polis maşını səsi eşitdim. Yenidən küçəyə çıxanda nə baş verdiyini öyrəndim”.

Şahid İslam Zeynalov da əvvəlki şahid kimi hadisə baş verən yerin yaxınlığında yaşayır. Dediyinə görə, həmin gün 6-8 dəfə güllə səsi eşidib. Zeynalov keçmiş hərbçidir. Bu səbəbdən o, güllənin səsinə görə  hansı silahdan çıxdığını da müəyyən edib.

"Mən hal şahidi yox, səs şahidiyəm. Vəssalam”, - deyə Zeynalov ifadəsini bitirib.

Prosesin davamında iki nəfər hal şahidi ifadə verib. Hər iki şahid hadisədən sonra Fazil Mustafanı güllələməkdə ittiham olunan Səbuhi Şirinovun evində aparılan axtarışda iştirak ediblər. Şahidlər ikisi də eyni danışıb. Onlar axtarış zamanı evdən dini kitablar və 15 min manat pul çıxdığını görüblər.

Proses martın 29-u digər şahidlərin ifadələri ilə davam edəcək. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Ötən ilin martında baş vermiş cinayətə görə 5 nəfər-Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham verilib. 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib