Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, “İB” Club və “İlk Addımlar” layihəsinin dəstəyi ilə keçirilən “Fəal gənclər şəbəkəsi” layihəsi yekunlaşıb.
28 iyul tarixində “Fəal gənclər şəbəkəsi” layihəsinin son günü iştirakçılara “Layihələrin yazılması” mövzusunda tapşırıq verilib. İştirakçılar 5 komandaya bölünərək 2 saat ərzində maraqlı layihələr təqdim ediblər. Qeyd edək ki, təşkilat gənclər tərəfindən irəli sürülən ideya, təklif və layihələri diqqət mərkəzində saxlayaraq gələcək zaman ərzində icrasına dəstək olacaq.
Daha sonra layihənin bağlanış mərasimi keçirilib. “İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədriXəqani Fərəcov, “İlk Addımlar” layihəsinin rəhbəriRəşad Əliyevvə layihə rəhbəriNiyaz Əliyevtərəfindən layihə iştirakçılarına uğurlu iştiraka görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqasədi gənclərin fəallığının artırılması, sosial təşəbbüslərin layihə təkliflərinə çevrilməsi, layihələrin idarə edilməsi, şəbəkələşmə, internet mediadan səmərəli istifadə, sosial şəbəkələrdə effektiv fəaliyyəti təmin etməkdir.