'Fəal gənclər şəbəkəsi' layihəsinin açılış mərasimi keçirilib

GƏNCLİK
18:25 26.07.2013
1418

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, “İB” Club və“İlk Addımlar” layihəsinin dəstəyi ilə “Fəal gənclər şəbəkəsi” layihəsinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədriXaqani Fərəcovlayihə haqqında məlumat verib. O bildirib ki, layihədə 30 nəfər gəncin qatılacağı təlimlər 3 gün müddətində davam edəcək və layihə sonunda iştirakçılara diplomlar təqdim olunacaq.

Gənclər Fondunun aparat rəhbəriFaiq Qürbətovisə beynəlxalq aləmdə gənclərin müxtəlif şəbəkələrə, o cümlədən sosial şəbəkələrə qoşulmasının xüsusi əhəmiyyət kəsb etməsini diqqətə çatdırıb. “Bu gün gənclərin 99 faizi kompüter və telefon vasitəsilə internetə qoşulur. Bunun bir çox müsbət cəhətləri var. Belə ki, burada onlar bir-biriləri ilə dostluq əlaqələrini gücləndirir, həmçinin, ölkəmiz haqqında olan məlumatları burada təbliğ edirlər”.

“İrəli” İctimai Birliyinin sədriRauf Mərdiyevisə vurğulayıb ki, layihənin adından da göründüyü kimi burada ancaq fəal gənclərin iştirakı baş tutacaq: “Layihə ərzində gənclərə təlimlər keçiriləcək. Bu zaman ərzində isə gənclər öz ideyalarını irəli sürmə imkanı əldə edəcəklər. Bunun nəticəsində isə təşkilatımız bəyənilən ideya, təklif və layihəni öz diqqət mərkəzində saxlayaraq gələcək zaman ərzində icrasına dəstək olacaq”.

Daha sonra çıxış edən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu (ASAİF) sədriRamin Həkimov,Azərbaycan Könüllülər İctimai Birliyinin sədriİmaməddin Quliyev,Xəzər Universiteti İnternet İnstitutunun direktoru, “İlk Addımlar” layihəsinin rəhbəriRəşad Əliyev“İB” Clubun brend meneceriXanım Həmzəyevalayihənin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzu ediblər.

Qeyd edək ki, layihə iyulun 28-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR