FHN məlumat yayıb.
Bakı Biskvit Zavodunun istixanasının 85 metr hündürlüyündəki tüstü borusunu sökmək üçün çıxan və nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşən fəhlələr xilas olundular.AZXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, fəhlələr sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas ediblər.
14:36
Bakıda üç nəfər təhlükəli vəziyyətlə üz-üzə qalıb.AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Baksol yolunda, Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixana binasında qeydə alınıb.
İstixananın 85 metr hündürlüyündəki tüstü borusunu sökmək üçün ora çıxan 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.
Ölüm təhlükəsi ilə üzləşən fəhlələrin adları açıqlanıb. Onlar - 1989-cu il təvəllüdlü Axundov Telman Əliyusif oğlu, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğludur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda həmin fəhlələrin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.