"Fənərbaxça" bütün matçlarda əcnəbi hakimlər tələb edib

İDMAN
01:01 27.02.2025
406
"Fənərbaxça" 2024-2025 mövsümündə oynanılacaq bütün matçların əcnəbi hakimlər tərəfindən idarə olunmasını istəyib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəqiblərin onların əcnəbi hakim tələb etməklərini müsbət qarşıladıqlarını bildirib.
 
"24 fevral 2025-ci ildə oynanılan derbi matçına Türkiyə Futbol Federasiyasının təyin etdiyi əcnəbi hakimlər komitəsinin Türkiyə futboluna verdiyi müsbət töhfələr idman ictimaiyyətinin əksəriyyəti tərəfindən görülüb. Hakimlər briqadasının həm oyundan əvvəl, həm də oyundan sonra göstərdiyi performans nəticəsində bəzi Superliqa klublarının öz matçları üçün eyni hakimin tələb olunması bu günə kimi tələblərimizin haqlı olduğunun göstəricisidir. Bu səbəbdən 2024-2025-ci il mövsümündə qalan bütün matçların əcnəbi hakimlər tərəfindən idarə olunması üçün 25 fevral 2025-ci il tarixində rəsmi olaraq Türkiyə Futbol Federasiyasına müraciət etmişik" - deyə klubun açıqlamasında bildirilir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR