“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu

“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
İDMAN
23:24 31.05.2025
1260
Türkiyə Super Liqasında XXXVIII turun görüşləri davam edir.

AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında azarkeşlərini bu mövsüm sevindirə bilməyən "Fənərbaxça" öz meydanında "Konyaspor"la qarşılaşıb.

"Sarı-lacivərdlilər" ilk hissəni 0:1 hesabı ilə məğlub başa vursalar da, 2-ci hissədə geri dönüş etməyi bacarıblar. Qarşılaşma "Fənər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər görüşündə isə "Rizəspor" evdə autsayder "Hatayspor"u 5:2 hesabı ilə üstələyib.
OXŞAR XƏBƏRLƏR