“Fənərbaxça”da problemlər bitmir! Baş məşqçi də istefa verdi

İDMAN
12:09 25.08.2011
1887
Türkiyənin “Fənərbaxça” futbol klubunun baş məşqçisi Aykut Kocaman istefa verib.AZXEBER.COM-un Türkiyənin Zaman qəzetinə istinadən verdiyi xəbərə görə, təcrübəli mütəxəssis komandasının avrokuboklardan kənarlaşdırılmasından sonra istefaya gedib. Xatırladaq ki, "Fənərbaxça" ötən mövsüm Türkiyə Superliqasının qalibi kimi birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Lakin sonradan klubun danışılmış oyunlarda iştirakı ittihamı ilə cinayət işi açılıb. İstintaq çərçivəsində “sarı-lacivərdlilər”in prezidenti Aziz Yıldırım həbs olunub. Ardınca TFF danışılmış oyunlarla bağlı “Fənərbaxça”nın ÇL-nin qrup mərhələsinə buraxılmamağı haqqında qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR