“Fənərbaxça”dan 3-cü ulduz transferi

“Fənərbaxça”dan 3-cü ulduz transferi
İDMAN
16:25 07.07.2016
1108

“Fənərbaxça” daha bir ulduz futbolçu ilə heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” indi də müdafiə xəttini gücləndiriblər.

Belə ki, Qreqori van der Vil və Roman Noyştadterdən sonra “Liverpul”un mərkəz müdafiəçisi Martin Şkrtel də İstanbul nəhəngi ilə anlaşıb. Klub həm futbolçunun özü, həm də klubu ilə rəsmi danışıqlara başlandığını bəyan edib.

Slovakiya millisinin üzvünün iyulun 11-də Türkiyəyə gələrək, yeni komandası ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən “Liverpul”un formasını geyinən Martin Şkrtel “qırmızılar”ın heyətində 242 oyun keçirib, 16 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR