''Fənərbaxça'nı aşağı liqaya mən göndərə bilərəm'

İDMAN
14:00 14.01.2012
1355

Danışılmış oyunlarda günahlandırılaraq “Metris” həbsxanasına göndərilən “Fənərbaxça” prezidenti Əziz Yıldırım maraqlı açıqlamaları ilə diqqət çəkib.

58-ci maddənin dəyişdirilməsinə qarşı olduğunu bildirən Yıldırım “Fənərbaxça”nın aşağı liqaya düşürülməsini tələb edib. “Türkiyə futbolunda rüşvət, təşviq və təşəbbüs məfhumları bir-birindən ayrıla bilməz. Bunları bir-birindən ayırmaq istəyənlərin əsas məqsədi isə yenə “Fənərbaxça” və Əziz Yıldırımın adından istifadə etməklə bəzi şəxsləri və klubları xilas etməkdir. Buna görə də xalların silinməsi və 58-ci maddə üzərində hər hansı bir dəyişikliyin edilməsinə qarşıyıq. Əgər “Fənərbaxça”nın günahı sübuta yetirilərsə, komanda aşağı liqaya düşürülməlidir. Əgər “Fənərbaxça” aşağı liqaya düşürülməzsə, bu bizim əlimizlə həyata keçiriləcək. Bir sözlə "Fənərbaxça”nı aşağı liqaya yalnız mən göndərə bilərəm".

OXŞAR XƏBƏRLƏR