Prezident İlham Əliyev Fərhad Bədəlbəylinin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli "İstiqlal" ordeni ilə təltif edilsin.