Fərhad Hacıyevdən ‘nurçu’ ittihamlarına cavab - AÇIQLAMA

SİYASƏT
16:35 06.03.2014
1615

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev son günlər bəzi mətbuat orqanlarında haqqında yayımlanan xəbərlərə münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, F.Hacıyev onu “nurçuluq”da ittiham edənlərin şər-böhtanla məşğul olduqlarını qeyd edib:

“Azərbaycan bu gün sifariş, şər və böhtan kampaniyası ilə təsir edilməsi mümkün olmayan qüdrətli dövlətdir. Heş bir fakt, sübüt, əsas olmayan son vaxtlar sosial şəbəkələrdə anonim səhifələrdə, bəzi qəzetlərdə məni güya nurçu təriqətinə aid etmək istəyənlər kənardan nə qədər gülünc göründüklərindən xəbərsizdirlər.

Icraçı direktoru olduğum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ciddi işlərlə, dövlət başçısının qarşımıza qoyduğu Azərbaycan gənclərinin dəstəklənməsi naminə mühüm vəzifələrin icrası ilə məşğuldur. Bu cür saxta iddialarla fikrimizi işimizdən yayındırmaq istəyənlərə ayıracaq zamanımız yoxdur.

Aidiyyatı dövlət qurumlarımız ümid edirəm ki, bu məsələ ilə maraqlanacaq və şer-böhtan atanlar qanun qarşısında cavab verməli olacaqlar”.

OXŞAR XƏBƏRLƏR