Fərhad Mehdiyev: "Seçimini tam dəstəkləməsəm də, videoları yaxşı edib çəkib"

Fərhad Mehdiyev: "Seçimini tam dəstəkləməsəm də, videoları yaxşı edib çəkib"
SOSİAL
13:10 18.06.2026
484
Tanınmış vəkil Fərhad Mehdiyev qəzada həyatını itirən qızı ilə bağlı paylaşım edib.

O, yaşanan faciənin ağır olduğunu vurğulayaraq bildirib ki, ağrını anlamağın deyil, yalnız hiss etməyin mümkün olduğunu deyib.

Mehdiyev qəza ilə bağlı yayılan görüntülərə münasibət bildirərək qeyd edib ki, ağ rəngli "Mercedes” avtomobilinin sürücüsünün təqsiri videodan tam müəyyən olunmur. Onun sözlərinə görə, burada avtomobilin dayanması ilə qəza arasında keçən zaman, sürücünün təhlükəsizlik tədbirləri görmək imkanı olub-olmaması və avtomobildəki nasazlığın əvvəlcədən bilinib-bilinməməsi araşdırılmalıdır.

Vəkil bildirib ki, əgər sürücü nasazlıqdan xəbərdar olubsa və lazımi təhlükəsizlik tədbirləri görməyibsə, məsuliyyət məsələsi yarana bilər. Bu halların isə ekspertiza ilə müəyyən ediləcəyini qeyd edib.

Fərhad Mehdiyev qızının aktrisa və model olmaq istəyi ilə bağlı da danışıb:

"Qızım aktrisa, model olmağa çalışırdı. Mən onun seçimini tam dəstəkləməsəm də, bununla bağlı çəkdiyi videoları yaxşı edib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi”.

O, bəzi şəxslərin qızını sosial şəbəkələrdə qınamasına da reaksiya verərək bu cür yanaşmaların insanlıq və empatiyadan uzaq olduğunu bildirib.

Şahanə
OXŞAR XƏBƏRLƏR