Ermənistan tərəfindən qanunsuz olaraq Xocalı aeroportunun açılması ermənilərin Dağlıq Qarabağın müstəqilliyini tanıması demək olardı.
AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərlə söhbətində Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov dilə gətirib. Onun sözlərinə görə, bu aeroportun adı bəzi KİV-də yer aldığı kimi Xankəndi deyil, Xocalıdır: “Bu, məhz Xocalı kimi də qeyd edilməlidir. Qeyd edim ki, Ermənistan tərəfindən dəfələrlə Xocalı aeroportunun açılması cəhdləri edilib. Lakin onların bu cəhdləri alınmayıb. İstər Azərbaycan dövləti, istərsə də beynəlxalq təşkilatlar bu məsələnin Azərbaycanın razılığı olmadan mümkünsüzlüyünü bildiriblər. Düzdür, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etimad yaradan bir addım kimi qeyd etmişdilər. Ancaq bu əslində belə deyil. Ermənistan tərəfindən Xocalı aeroportunun açılması Ermənilərin Dağlıq Qarabağın müstəqilliyini tanıması demək olardı.