Fərhad Məmmədov Çinə səfər edəcək

Fərhad Məmmədov Çinə səfər edəcək
Bütün Xəbərlər
11:57 18.01.2013
947

SAM-ın direktoru və aparıcı elmi işçisi Çin Xalq Respublikasına səfər edəcək.

AZXEBER.COM-un məlumatına görə, Çin Xalq Respublikasının (ÇXR) nüfuzlu beyin mərkəzlərindən biri olan ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədilə SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov 19 - 23 Yanvar 2013-cü il tarixlərində Pekin şəhərinə səfər edəcək.

Səfər zamanı ÇXR-in Sosial Elmlər Akademiyası yanında Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbəri, ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırma Mərkəzi yanında Avropa-Asiya Sosial İnkişafı Araşdırma İnstitutunun rəhbəri və ÇXR-in Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi və Çinin digər tanınmış elm adamları ilə görüşləri və CCTV-nin rusdilli kanalına müsahibə nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR