Fərhad Məmmədov Jirinovskiyə 'qeyri-ciddi siyasətçi' dedi

Fərhad Məmmədov Jirinovskiyə
Bütün Xəbərlər
15:20 17.09.2012
1112

“Vladimir Jirinovskinin qeyri-ciddi siyasətçi olması heç kəsə sirr deyil. Onun Azərbaycan xalqına qarşı mütəmadi olaraq dəfələrlə təhqiramiz sözlər işlətməsinin şahidi olmuşuq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Azərbaycan və azərbaycanlılara qarşı növbəti hədyanlarla çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Rusiya Federasiya Dumasının spikeri bu çağırışa öz münasibətini bildirəcək və V.Jirinovskinin hərəkətlərinin mahiyyəti bir daha ortaya qoyulacaq.

F.Məmmədov vurğulayıb ki, Jirinovskinin çağırışı və bəyanatını şərh etmək mənasızdır: “Çünki o, bu addımları ilə özünə siyasi, ən əsası isə maliyyə dividenti qazanmaq niyyətindədir. Biz də bunu şişirdərək onun əlavə divident almasına şərait yaradırıq. İnanırıq ki, dövlət dumasının başçısı Azərbaycanda dəfələrlə olan Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bu məsələ ilə bağlı öz fikirlərini bildirəcək”.

OXŞAR XƏBƏRLƏR