Fərid Cəfərov Bərdədə əsgər və zabitlərlə görüş keçirib

Fərid Cəfərov Bərdədə əsgər və zabitlərlə görüş keçirib
GƏNCLİK
16:22 27.07.2018
5527
Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin vətənpərvər ruhda, dövlətimizə və milli – mənəvi dəyərlərinə bağlı vətəndaş kimi formalaşması istiqamətində fəaliyyətinin davamı olaraq, Milli Ordunun yaranmasının 100 illiyi münasibəti ilə iyulun 26-da Bərdə rayonunda yerləşən "N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.
 
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstəsi düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycanda ordu quruculuğu tarixindən, xüsusilə də Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.
 
Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Çıxışlardan sonra hərbi xidmətdə göstərdikləri şücaətə görə bir qrup əsgər və zabit fəxri fərmanlarla və hədiyyələrlə təltif edilmişdilər.
 
Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının iştirakı ilə konsert proqramı təşkil olunmuş və əsgərlərlə maraqlı interaktiv müsabiqələr keçirilmişdir. Nahar fasiləsi zamanı qonaqlar əsgərlərlə birlikdə əsgər yeməkxanasında nahar etmiş və 2016-cı ilin aprel ayında erməni işğaldan azad edilmiş ərazilərə səfər edilərək, təmas xəttində xidmət edən əsgər və zabitlərlə görüş keçirilmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir