Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”

GƏNCLİK
16:58 28.07.2022
2108
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022”-nin Bakıda Gülüstan sarayında açılış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, forumda iştirak edən tələbə və məzunlar artıq xaricdə qalib ölkənin vətəndaşı, hüququ bərpa olunmuş şəxs kimi yaşayır. "Biz artıq qailb ölkənin vətəndaşlarıyıq. Ali Baş Komandanın iradəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi. Bu hadisənin xaricdə yaşayan tələbələrimizə əlavə stimul verəcəyindən əminəm. Vətən müharibəsi dövründə xaricdə yaşayan və təhsil alan tələbələrimiz informasiya müharibəsində erməni yalanlarına tutarlı cavablar verirdi. Xaricdə təhsil alan tələbələrimiz orada təhsillə yanaşı, həm də Azərbaycanın dövlət maraqlarının müdafiəsini həyata keçirirdi. Bu, hər bir vətəndaşımızın borcudur”, – F.Cəfərov deyib.

O bildirib ki, növbəti 3-4 günü ərzində xaricdə təhsil alan 300-dən çox tələbə və məzunlar bu Forumdan yararlanacaq: "Onlar bir çox dövlət qurumları və ictimai xadimlərlə müzakirələr aparacaqlar. Əminəm ki, bu müzakirələr həm dövlətimiz, həm də ASAP-ın özünün inkişafı üçün, eyni zamanda, fərqli sahələrdə maraqlı təşəbbüs və layihələrin ərsəyə gəlməsində əsas olacaqdır. Həmçinin, Form çərçivəsində fərqli təhsil pillələri və ixtisas sahələri üzrə tamamilə müxtəlif regionlarda təhsil alan tələbələrin bir araya toplaşması, həm də gənclərin sosiallaşması, fərdi inkişafı və ən vacibi, Azərbaycanın maraqlarının ölkə hüdudlarından kənarda daha da yüksək səviyyədə təşviq olunmasına təkan verəcəkdir”.

Fərid Cəfərovun sözlərinə görə, dövlət başçısı tərəfindən müəyyən olunmuş gənclər siyasətinin əsas qayəsi hər bir gəncin təhsilli, savadlı, vətənpərvər və sağlam yetişməsidir: "İstinasız deyə bilərik ki, bir çox normativ hüquqi sənədlərdə bununla bağlı müddəalar öz əksini tapıb. Təbii ki, burada təhsil elementi hər bir ölkənin intellektual potensialının inkişafı baxımından xüsusi önəm daşıyır. Beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə tətbiq olunması yüksəkixtisaslı mütəxəssislər üçün ən əsas amillərdən biridir. Bu məqsədlə də dövlət tərəfindən gənclərin xaricdə həm təhsili, həm də təcrübəsi ilə bağlı bir çox proqramlar həyata keçirilir.

Təmsil etdiyim Gənclər Fondu beynəlxalq sferada bir sıra proqramlarla gənclərin beynəlxalq təcrübəsinin və təhsilinin artırılmasına dəstək verməyə davam edir. Bu gün zalda bu proqramlardan yararlanan gəncləri görmək ikiqat sevindiricidir. Gənclər Fondu olaraq növbəti illərdə də, xüsusilə, beynəlxalq təşkilatlarda təcrübə proqramlarını və xaricdə gənclərimizin ixtisaslı kurslarda təlim proqramlarını davam etdirmək niyyətindəyik”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq