Fərid Şahbazlı ATƏT toplantısında xaricdəki anti-azərbaycançı şəbəkəni ifşa etdi

Fərid Şahbazlı ATƏT toplantısında xaricdəki anti-azərbaycançı şəbəkəni ifşa etdi
GƏNCLİK
16:26 19.09.2018
5098
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti” mövzusunda baş tutub.

Toplantıda çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hökumət tərəfindən geniş imkanlar yaradılıb. O, qeyd edib ki, burada xaricdə yaşayan ani-azərbaycançı qüvvələr tərəfindən Azərbaycanın ünvanına səslənən ittihamlar qərəzlidir və reallığı əks etdirmir: "Azərbaycanda QHT-lərin fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır. Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Sadəcə QHT qanunvericiliyinin dəyişilməsindən narahat olanlar indi əvvəl olduğu kimi çirkli pullarını QHT adı altında yuya bilməyən dairələrdir. Onlar indi qanunsuz əməllərini həyata keçirə bilmədikləri üçün narahatdılar”.

Fərid Şahbazlı eyni zamanda Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində də heç bir problemin olmadığını bildirib. O qeyd edib ki, indiyədək müxalifətin mitinqlərin keçirilməsi üçün bütün müraciətlərinə müsbət cavab verilib: "Mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanda media və sadə vətəndaşlar istənilən mövzuda hökuməti sərt tənqid edirlər və tənqidə görə Azərbaycanda heç kim cəzalandırılmayıb.

İGİB sədri sonda toplantıda iştirak edən bəzi ölkə nümayəndələri və siyasi fəallara müraciət edərək Azərbaycana qarşı münasibətdə qərəzli münasibətə son qoymağa çağırıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir