Fərid Şahbazlı: “Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi”

Fərid Şahbazlı: “Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi”
GƏNCLİK
17:29 12.08.2021
1097
"Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. Bugün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər. Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən Savaşında həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 12 Avqust- Beynəlxalq Gənclər Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti ümumi dövlət siyasətinin prioritet istiqaməti kimi həyata keçirilir: "Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün Cənab Prezident olduqca tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bugün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir”.

Fərid Şahbazlı bildirib ki, gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır: "Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında və qorunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Gənclərimiz qısa müddətdə böyük uğurlar əldə ediblər. Amma qarşıda bizi gözləyən böyük hədəflərimiz var. Bunun üçün biz gənclər beynəlxalq əməkdaşlığa daha çox diqqət yetirməli, digər ölkələrin gəncləri ilə münasibətləri daha da dərinləşdirməli, bu vasitə ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynamalıyıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”