Fərid Şahbazlı “Daily Times”ə Ermənistanın terror siyasətindən yazıb

GƏNCLİK
21:54 15.10.2020
464
Pakistanın nüfuzlu "Daily Times” qəzetində Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları, işğalçı ölkənin mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alması ilə bağlı "Ermənistanın təxribatları bəşəriyyət üçün ləkədir” sərlövhəli məqalə dərc olunub.

AZXEBER.COM xəbər verir ki, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının müəllifi olduğu məqalədə işğalçı Ermənistanın istər təmas xəttində, istərsə də dövlət sərhədində müxtəlif təxribatlar törətdiyi qeyd olunub. Bildirilib ki, bu təxribatların pik həddi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri məqsədyönlü şəkildə ağır artilleriya və raket qurğularından atəşə tutmağa başlaması olub. Düşmənin bu xain hücumu nəticəsində təkcə hərbçilərimiz deyil, dinc sakinlərimiz də həlak olub və yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Yazıda vurğulanıb ki, Azərbaycan Ordusu Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadəsi qadağan edilmiş kaset bombaları ilə şəhər və kəndlərimizi intensiv atəşə tutmaqdadır. Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.

Qeyd olunub ki, Moskvada tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan Gəncə şəhərinə raket zərbələri endirərək mülki şəxslərə qarşı terror həyata keçirib. Nəticədə 10 nəfər həyatını itirib, 34 nəfər xəsarət alıb.

Ermənistanın bu təxribatının bütün bəşəriyyət əleyhinə cinayət olduğunun vurğulandığı məqalədə dünya ictimaiyyətinə bu ölkənin terror və işğalçılıq siyasətinə lazımi qiymət verməyə çağırış ünvanlanıb.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:57 28.10.2020

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

09:55 28.10.2020

Şəhid olan Milli Qəhrəmanın atası və oğlundan ürək dağlayan sözlər - VİDEO

09:51 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxdu

09:27 28.10.2020

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

09:16 28.10.2020

Düşmən ordusu döyüşməkdən imtina edir

09:13 28.10.2020

Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ

08:55 28.10.2020

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

08:53 28.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO