Fərid Şahbazlı: “Dövlət proqramı Azərbaycan gəncliyi üçün yol xəritəsidir”

Fərid Şahbazlı: “Dövlət proqramı Azərbaycan gəncliyi üçün yol xəritəsidir”
GƏNCLİK
14:19 19.09.2017
2775

"Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı qarşıdakı illərdə Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır. Bu proqram gənclərimizin yeni dövrün çağırışlarına adekvat formada inkişafını hədəfləməklə yanaşı, həm də gənclər qarşısında bir sıra mühüm vəzifələr də müəyyən etməkdədir”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı "Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı haqqında danışarkən qeyd edib. O vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: "Bu proqramın təsdiq edilməsi Azərbaycan Prezidentinin ölkə gəncliyinə daha bir hədiyyəsi olmaqla yanaşı, eyni zamanda dövlətimizin reallaşdırdığı gənclər siyasətinin məntiqi davamıdır. Gənclərlə bağlı bundan əvvəl qəbul edilən dövlət proqramları da Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynamaqla, onların müasir bir gənc kimi formalaşmasına dəstək vermişdi. Gənclərlə bağlı qəbul edilən dövlət proqramları və atılan digər zəruri addımlar Azərbaycanda gənclərlə işin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyinin nümunəsidir”.

Fərid Şahbazlı bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” ölkə gəncliyinin bütün istiqamətlər üzrə inkişafını özündə əks etdirəcək: "Bu proqram gəncləri müasir dünyanın tələblərinə uyğun formada qlobal bir insan kimi yetişdirməyi hədəfləməklə yanaşı, həm də onların milli-mənəvi dəyərlər, milli dövlətçilik ruhunda formalaşmasını da qarşıya məqsəd kimi qoyub. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri, yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bir sıra mühüm istiqamətlər Dövlət Proqramının ana xəttini təşkil edir. Əminəm ki, gənclərimiz bu proqramın yaradacağı imkanlardan faydalanaraq ölkəmizdə reallaşdırılan inkişaf siyasətinə öz töhfələrini verəcəklər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir