Fərid Şahbazlı: Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etdi

GƏNCLİK
17:32 17.10.2023
1541

"Oktyabrın 15-də şanlı tariximizə daha əlamətdar bir səhifə əlavə olundu. Qarabağda – Xankəndi şəhərində Azərbaycan Respublikasının üçrəngli bayrağı qaldırıldı. Təxminən 30 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı ona məxsus bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. Xankəndində -illərdən bəri şərin və xəyanətin, erməni terrorizminin və separatizminin yuvasına çevrilmiş bu şəhərdə Azərbaycan bayrağının qaldırılması və Azərbaycanın dövlət himninin səsləndirilməsi uzun və çətin qələbə marafonunun ən parlaq səhifəsinə çevrildi. Tarixi ədalət bərpa edildi. Artıq dağlı-aranlı bütün Qarabağ həm de-yure, həm də de-fakto Azərbaycan Respublikasının ayrılmaz bir parçasıdır. 200 il bundan əvvəl çar Rusiyasının işğalçılıq siyasəti fonunda İrandan, Osmanlı imperiyasından köçürülən ermənilərlə məskunlaşdırılan bu torpaqlar artıq öz əsl sahiblərini qoynuna alıb rahat nəfəs alacaqdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlanan qələbə estafeti 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı ilə sona çatdı: "Bu tarixi hadisənin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf etməsinin böyük rəmzi məna daşıdığını xatırladan Cənab Prezident, eyni zamanda heç bir tarixi, coğrafi və siyasi əsası olmayan, paslı bir xəncər kimi Azərbaycan xalqının köksünə saplanan qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin də 100 il bundan əvvəl yaradıldığını xatırlatdı. Lakin bu, sadəcə bir xatırlatma olmayıb, uzun illər ərzində ermənilərin əlinə silah verib günahsız insanları qırdıranlara, erməni separatizminə gizli-aşkar dəstək verənlərə, terrorçuları yedirdib bəsləyənlərə çox ciddi bir mesajdır: Qisas qiyamətə qalmaz! Haqq və ədalət gec də olsa öz yerini tutur. Əlbəttə ki, haqqın təntənəsi və ədalətin bərpası heç də asan başa gəlmədi. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etdi və buna görə də onun qiyməti və dəyəri daha böyükdür”.

Fərid Şahbazlı bildirib ki, bütün bu prosesdə Prezident İlham Əliyevin çıxışları, mürəkkəb situatsiyalardakı verdiyi kritik qərarlar diplomatiya və xarici siyasət sahəsində təhsil alan, işləyənlər üçün əsl ustad dərsləridir: "Hesab edirəm ki, Cənab Prezidentin xarici siyasət kursu yalnız tarix kitablarında deyil, eyni zamanda diplomatiya dərsliklərində də dərindən öyrənilməlidir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb