Fərid Şahbazlı: "I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq"

Fərid Şahbazlı: "I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq"
GƏNCLİK
12:14 09.06.2015
2371
"Azərbaycan olduqca qısa müddət ərzində və ölkəmizə qarşı yönələn çoxsaylı təxribatlar fonunda I Avropa Oyunları kimi mötəbər idman tədbirinin keçirilməsi üçün zəruri olan bütün hazırlıqları ən yüksək səviyyədə reallaşdırmaqla özünün möhkəm siyasi iradəsini və böyük iqtisadi gücünü göstərdi. Məhz elə bunun nəticəsidir ki, Bakıda keçiriləcək I Avropa Oyunları bugün dünya gündəminin əsas mövzularındandır".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşərkən deyib. Birlik sədri vurğulayıb ki, “Bakı-2015”in məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb: ""Bakı-2015"in məşəlinin bölgələrimizi dolaşması prosesi xalq tərəfindən böyük dəstək və sevgi ilə müşahidə olundu. Sonda isə Prezident İlham Əliyevin Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015”in məşəlini qəbul etməsi hər bir azərbaycanlının qəlbini fərəhlə doldurdu, bütün millətimizə qürür hissləri yaşatdı".
F.Şahbazlı vurğulayıb ki, I Avropa Oyunlarının başlamasına sayılı günlər qalarkən bir sıra xarici dairələrin və onların yerli emissarlarının Azərbaycana qarşı təzyiq və təxribat siyasətlərini gücləndirəcəkləri gözlənilən idi: "Ölkəmizə qarşı bu şantaj siyasətinə Azərbaycan I Avropa Oyunlarının keçirmək hüququnu qazandığı ilk gündən başlanılıb. Əslində isə, hər kəs yaxşı bilir ki, Azərbaycana düşmən mövqedə olan dairələr üçün I Avropa Oyunları ölkəmizin qazandığı bütün digər böyük uğurlar kimi sadəcə bir bəhanədir. Məsələ bu dairələrin Azərbaycanın artan siyasi və iqtisadi gücünü, müstəqil siyasətini, hər ötən gün bölgədə və dünyada yüksələn nüfuzunu həzm edə bilməməsindədir. Ancaq, heç şübhəsiz ki, bütün bu təzyiq cəhdləri həmişə olduğu kimi yenə nəticəsiz qalacaq. Azərbaycanda keçiriləcək I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib