Fərid Şahbazlı: 'İlham Əliyev dünya ermənilərinə əsl göz dağı verdi'

Fərid Şahbazlı:
Bütün Xəbərlər
17:25 03.09.2012
1556
“Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması və cənab prezident tərəfindən azadlığa buraxılması hər şeydən əvvəl zabitimizə qarşı beynəlxalq səviyyədə edilmiş haqsızlığa son qoydu. Ramilin Azərbaycana gətirildiyi 31 avqust tarixi dünyadakı bütün azərbaycanlılar üçün böyük qələbə günüdür”.

Bu sözləri AZXEBER.COM-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycan dövlətinin bütün vətəndaşlarına sahib çıxdığının və dünya siyasətində önəmli yerə malik olduğunun göstəricisidir: “Əslində Ramil Səfərov bu addımı dövlət atributumuz və şərəf rəmzimiz olan bayrağımızın təhqir olunması səbəbindən keçirdiyi ruhi sarsıntının təsiri altında atmışdı. Lakin hadisəyə səbəb olmuş bu məqam nəzərə alınmayaraq, o ömürlük həbsə məhkum edilmişdi. Ermənistan dövləytinin və dünyadakı erməni lobbisinin Ramili ömürlük həbsdə çürütmək və hətta fiziki olaraq məhv etmək planı var idi. Yəni, bu məsələ dünya erməniliyi üçün artıq prinsipial xarakter daşıyırdı. Belə bir məqamda Ramil Səfərovun Azərbaycana gətirilməsi və azadlığa buraxılması ermənilərə sarsıdıcı və sağalmaz zərbə vurdu. Bu yalnız və yalnız ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi nüfuzu və gücü hesabına baş tuta bilərdi. İlham Əliyev bu addımı atmaqla bütün dünya ermənilərinə əsl göz dağı verdi. Ermənistan hökümətinin və ictimaiyyətinin məsələyə belə isterik reaksiyası da məhz gücsüzlükdən və çarəsizlikdən doğur”.

Fərid Şahbazlının sözlərinə görə, bəzi dövlətlərin və beynəlxalq təşkilatların bu hadisəylə bağlı verdiyi bəyanatlar qətiyyən başadüşülən deyil: “Görəsən, bu “qanun keşikçiləri” niyə 77 nəfəri öldürən terrorçuya Norveç məhkəməsi tərəfindən cəmi 21 il həbs cəzası verilməsini belə “anlayışla” qarşılayıb, bir nəfəri öldürdüyünə görə ömürlük həbsə məhkum edilmiş Ramilə münasibətdə isə bu humanizmi tətbiq etmək istəmirlər?

Görəsən, bu “ədalət qoruqçuları” niyə, bizdən izahat istədikləri halda, illərdir Ermənistandan və onun havadarlarından Xocalıda vəhşicəsinə qətlə yetirilmiş minlərlə insanın hesabını sormurlar?

OXŞAR XƏBƏRLƏR