Fərid Şahbazlı: 'Mən bu iqtidarı layiq olduğu şəkildə-yəni ən yüksək səviyyədə dəstəkləməyin tərəfdarıyam' - MÜSAHİBƏ

Fərid Şahbazlı:
Bütün Xəbərlər
00:09 16.05.2012
1492
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının “BizimXəbər”-ə müsahibəsi- Fərid bəy, “Eurovision-2012” müsabiqəsi öncəsi Azərbaycandakı mövcud situatsiyanı necə qiymətləndirirsiniz?- Heç şübhəsiz ki, hazırda Azərbaycanda yüksək bayram əhval-ruhiyyəsi var. Dövlətimiz və xalqımız ölkəmizin həyatında mühüm hadisə olan “Eurovision-2012” beynəlxalq musiqi yarışmasına hazırlaşır. Bizi bu möhtəşəm müsabiqədən sayılı günlər ayırır. Artıq Avropanın müxtəlif ölkələrindən Azərbaycana minlərlə qonaq təşrif buyurub. Müşahidələr onu deməyə əsas verir ki, bu qısa müddətdə avropalılar ölkəmizdəki hərtərəfli inkişaf tempinə heyrət etməyə bilmirlər. Əminliklə söyləmək olar ki, xarici qonaqlar ölkəmizdən yüksək razılıqla ayrılacaqlar.- Lakin sizin kimi, düşünməyən gənclər də var. AXCP Gənclər Komitəsi ölkəmizə gələn turistlərə müxtəlif dillərdə müraciətlər yayaraq, onları iqtidarın inkişaf oyununa aldanmamağa çağırır…- Hər şeydən əvvəl hamı bilməlidir ki, kim nə deyirsə desin, Azərbaycan dövləti “Avroviziya” müsabiqəsini ən yüksək səviyyədə təşkil edəcək. Çünki bu müsabiqə ölkəmizdə birbaşa cənab prezidentin nəzarəti, Mehriban xanım Əliyevanın rəhbərliyilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən təşkil olunur. Bu mövzuda biz yalnız məsələnin mənəvi tərəfləri haqqında danışa bilərik. Məsələ burasındadır ki, Azərbaycanın təkcə öz musiqisini deyil, eyni zamanda dəyərlərinin, tarixi ənənələrinin, turizm potensialının təbliği baxımından mühüm şans tanıyan bu müsabiqəyə öz içimizdə olanların düşməncə yanaşması məni çox üzür və narahat edir. Görünən odur ki, bu qüvvələr hər fürsətdə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Onların bütün müraciətlərinin xalqa deyil, məhz himayədarları olan və ölkəmizə qarşı qərəzli mövqedə dayanan xarici dairələrə ünvanlanması da təsadüf sayıla bilməz. İnsan gərək öz ölkəsinə qarşı nə qədər böyük kin-küdürət daşıyıcısı olsun ki, onu ləkələmək üçün özündən yalanlar belə uydura bilsin. Məsələn, “Azadlıq” qəzetinin “Məşhur amerikalı ifaçı “Avroviziya”nı boykot etdi” məqaləsi kimi… Adamlar dövlətinə və millətinə qarşı o qədər neqativ enerjiyə kökləniblər ki, Amerikanın bu müsabiqəyə aidiyyatı olmadığını yaddan çıxarıblar. Bir sözlə, “Eurovision-2012” fürsətcil müxalifətin Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı şantaj silahına çevrilib.- Müxalifət gənclərini hədəfə alan Fərid Şahbazlı ara-sıra hakimiyyət gəncliyinin də ünvanına “daş atır”. Amma hər dəfəsində konkret ünvan göstərmədən…- Sizin daş atmaq kimi, qiymətləndirdiyiniz fikirlər əslində mənim bu hakimiyyətə olan doğma münasibətindən dolayı ortaya çıxan narahatçılıqlardır. Bunu qətiyyən ittiham və kiməsə sataşmaq kimi qiymətləndirmək lazım deyil. Çünki mən komanda prinsiplərini çox yaxşı dərk edən və ona əməl edən adamam. Sadəcə istəyim odur ki, hazırda cəmiyyətdə söz və məqam sahibi olmasında iqtidarın əməyi keçən, zəhməti olan gənclərimiz də hakimiyyətə münasibətdə eyni dərəcədə səmimi olsunlar. Mənə görə, hakimiyyəti təkcə isti konfrans zallarında, iqtidar mediasında monoloq deməklə müdafiə etmirlər. İqtidarı həm də rəqib meydanında, həlledici situatsiyalarda dəstəkləmək və ortaya birmənalı mövqe qoymaq lazımdır. Bəzən öndə gedən bəzi gənclərimizin hakimiyyət üçün olduqca əhəmiyyətli olan məsələlərlə bağlı susqunluğunu və ya ürkək, loyal açıqlamalarını anlaya bilmirəm. Məni tanıyanlar yaxşı bilir ki, bu fikirlərimin arxasında qətiyyən ayrı iddialar dayanmır. Sadəcə mən bu iqtidarı layiq olduğu şəkildə-yəni ən yüksək səviyyədə dəstəkləməyin tərəfdarıyam. Və əlbəttə ki, hakimiyyətlə bağlı səmimi və qətiyyətli davranış nümayiş etdirən gənc liderlərimiz də olmamış deyil.-Amma yenə ad çəkmirsiniz….- Ad çəkməyə bu qədər təkid edirsinizsə, mən belə səmimi və qətiyyətli gəncləri Ceyhun Osmanlı, Elşən Musayev, Gülsel Səfərova və digər bir neçə gəncin simasında ümumiləşdirə bilərəm.- Amma etiraf edin ki, bəzi məmurların hakimiyyətə başucalığı gətirmədiyi, öz fəaliyyətini mətbuata, ictimaiyyətə qapalı və sərt formada yürütməsi halları da var…- Bir şeyi unutmaq olmaz ki, hakimiyyəti də idarə edən insanlardır. Hamımızın ətrafında olduğu kimi, iqtidarda da işinin öhdəsindən gələ bilməyən, ona göstərilən etimadı doğrultmayan məmurlar da olmamış deyil. Hakimiyyətdəki bütün məmurlardan da eyni dərəcədə vicdanlı olmağı gözləməyin özü məntiqsizlikdir. Ancaq gəlin konkret nümunələr əsasında danışaq. Bu gün cənab prezidentin göstərişləri əsasında və akademik Ramiz Mehdiyevin rəhbərliyi altında Prezident Adminstrasiyası canlı orqanizm kimi fəaliyyət göstərir. Elə bir adam tapılmaz ki, onun Adminstrasiyaya ünvanladığı məktuba obyektiv və tez bir zamanda cavab verilməsin.Digər yandan məmurları mətbuata dözümsüzlükdə ittiham edənlər, görəsən niyə Kəmaləddin Heydərov nümunəsini unudurlar? Fövqəladə hallar naziri barəsində ölkənin bütün müxalif mətbu orqanları demək olar ki, hər gün şər-böhtan kampaniyası aparır. Bunun müqabilində isə Kəmaləddin Heydərovun bu qüvvələrə qarşı nəinki təzyiq, ümumiyyətlə hər hansı bir xırda etirazı olubmu? Əlbəttəki yox….Məmurların mətbuata qapalılığına gəldikdə isə əlbəttə, bütün nazirlərin, komitə sədrlərinin jurnalistlərlə sıx təmasda olması yaxşı olardı. Lakin ortada Azərbaycan hakimiyyətinin mövqeyini ən ideal şəkildə təqdim edə bilmək bacarığına sahib Əli Həsənov kimi peşəkar və sədaqətli kadr varkən, ayrı-ayrı məmurların məsələlərə münasibət bildirməsinə nə gərək var ki?
OXŞAR XƏBƏRLƏR