Fərid Şahbazlı: 'Müxalif gənclərə tövsiyə edirəm ki, nə qədər gec deyil, mövqelərinə yenidən baxsınlar' - AÇIQLAMA

GƏNCLİK
00:45 13.06.2012
2050
Son günlər müxtəlif sosial şəbəkələrdə müxalif gənclərin iqtidar və onun ayrı-ayrı təmsilçilərinin əleyhinə apardıqları əks-təbliğat xüsusi ilə diqqət çəkir. Bir qrup gənc hakimiyyət təmsilçilərinin ünvanına sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədərək, onları gözdənsalma kampaniyası aparırlar.Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, insanları təhqir edib, qara yaxmaq bu gənclərin çoxdankı adətidir: “Əslində bu adamların bütün mübarizəsinin mahiyyətində elə insanları aşağılamaq, şər-şəbədə qoşmaq prinsipi durur. Bir qədər də konkretləşdirsək, mən müxalif cəbhədə təmsil olunan gənclərin bir neçəsi istisna olmaqla, böyük əksəriyyətinin müxalifətçi adı altında tərbiyəsizliklə məşğul olduğu qənaətindəyəm. Siyasi mübarizə əxlaq prinsiplərinə söykənmirsə, kiminsə şəxsiyyətini alçaltmağa yönəlibsə, birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Bu adamlar unudurlar ki, qarşı tərəfdə onlardan da yaxşı söyüşlər bilən və bunu səsləndirmək üçün kifayət qədər cəsarəti olan gənclər var. Sadəcə fərqimiz ondadır ki, bizim üçün siyasət xalqına, millətinə xidmət etmək üçün vasitədir, onlar üçün isə gücsüzlüyünü pərdələmək üçün söyüş silahı. İqtidar cəbhəsində təmsil olunan gənclər onlardan fərqli olaraq heç vaxt şəxsi həyatlarını ictimai müzakirəyə çıxarmayıblar”.

OXŞAR XƏBƏRLƏR