Fərid Şahbazlı: 'Radikallar öz uğursuzluqlarını 'gənclərin mitinqi' adı altında pərdələmək istəyir'

Fərid Şahbazlı:
Bütün Xəbərlər
15:32 22.10.2012
1443
Müxalifətin etiraz aksiyası adı verdiyi, əslində isə sadəcə bir qrup insanın bir araya toplaşmağa cəhd etdiyi son tədbir də radikal müxalifətin uğursuz aksiyalar seriyasının davamı oldu. Gün.Az xəbər verir ki, bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 20 oktyabr tarixində İctimai Palata Bakının mərkəzində icazəsiz aksiya cəhdinə münasibət bildirərkən deyib. “Çünki, onların aksiyanın tələbi kimi irəli sürdükləri məsələyə artıq həm siyasi, həm də hüquqi qiymət verilib. Bundan sonra bu mövzuda radikal müxalifətin atacağı hər hansı addım ictimai rəydə özünün mövcudluğunu qorumaq və ölkədə süni qarışıqlıq yaratmaq cəhdlərində başqa bir şey deyil. O qeyd edib ki, aksiyaya az adamın çıxması müxalifətin fiaskosudur: “Bunu əvvəlcədən proqnozlaşdıran radikallar öz uğursuzluqlarını “gənclərin mitinqi” adı altında pərdələmək istəyirdilər. Fakt isə ortada idi ki, radikal müxalifət bu aksiyada bütün potensialını ortaya qoymasına, gəncli-qocalı bütün tərəfdarlarını səfərbər etməsinə baxmyaraq yenə ortaya 200 nəfərdən artıq adam çıxmadı. Ortaya çıxan adamlar isə müxalifətin ənənəvi “dejurni” “aksiya iştirakçıları” idi. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri (AGAT) Gülsel Səfərova da müxalifətin aksiyasını mənfi qiymətləndirib: “Azərbaycanda sərbəst toplaşmaq hüququndan hər kəs istifadə edə bilər. Məsələ ondan ibarətdir ki, hüquq özü qanunla tənzimlənir. Bu baxımdan razılaşdırılmamış aksiyaların keçirilməsi və ya verilən aksiya yerindən imtina edib xaotik fəaliyyətlə məşğul olmaq heç bir məntiqə sığmır. Bu gün məqsədsiz və siyasi yükü olmayan bu tip aksiyaların keçirilməsi sübut edir ki, hələ də müxalif gənclərdə sosial və intellektual baza zəifdir. Düşünürəm ki, onlar yenilikçi və innovativ ideyalara hələ də yaddılar. Aksiyanın məqsədi Avropa standartlarına da uyğun deyil. Heç bir Avropa ölkəsində bir deputata görə Parlament buraxılmır. Buna görə də mən belə fəaliyyətləri mənfi qiymətləndirirəm”.Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR