Fərid Şahbazlı seçkilərlə bağlı türk mətbuatına danışıb

Fərid Şahbazlı seçkilərlə bağlı türk mətbuatına danışıb
GƏNCLİK
17:00 02.10.2013
1743

“İslahatçı Gənclər” İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı Azərbaycanda keçiriləcək 9 oktyabr Prezident seçkiləri ilə bağlı Türkiyənin nüfuzlu Haber24.com xəbər portalına açıqlama verib.

KİV.AZ xəbər verir ki, İB sədri portala açıqlamasında bildirib ki, Azərbaycan xalqı seçkilərlə bağlı öz qəti mövqeyini ortaya qoyub və keçirilən bütün yerli və beynəlxalq sorğular sübut edir ki, 9 oktyabr seçkilərinin favoriti Prezident İlham Əliyevdir.

Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyən F.Şahbazlı qeyd edib ki, bəzi beynəlxalq dairələr ölkədə həyata keçirilən islahatlara kölgə salmaq üçün fəaliyyət göstərirlər. Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanın xarici siyasətdə hücum mövqeyində olması bəzi siyasi çevrələrdə qısqanclıq yaradır: “Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi, iqtisadi uğurları, dünya miqyasında siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsi, ölkə başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mövqeyi bəzi beynəlxalq dairələr tərəfindən qısqanclıqla qarşılanıb. Xüsusən dünyanın öndə gedən müxtəlif ölkələrində təsir qüvvəsi olan erməni lobbisi bu məsələdə fəallıq göstərir və öz əlaqələri vasitəsilə Azərbaycandakı seçkiləri qaralamağa çalışır. Amma hər kəs bilməlidir ki, Azərbaycanda azad və ədalətli seçkilər olacaq və bu seçkilərin qalibi heç şübhəsiz ki, gənclərin lideri İlham Əliyev olacaq”.

Qeyd edək ki, Fərid Şahbazlı bundan əvvəl də Azərbaycandakı prezident seçkiləri ilə bağlı Türkiyənin bir sıra nüfuzlu media quruluşlarına açıqlamalar verib.

Həmin linkləri təqdim edirik:

https://www.haber24.com/ferid-sahbazli-secimi-aliyev-kazanacak_122647.htm

https://www.internethaber.com/cumhurbaskanligi-secimlerinin-favorisi-aliyev–531455h.htm

https://www.ebmhaber.com.tr/dunya/-aliyev-cumhurbaskanligi-seciminin-favorisi-/21/1/47470.aspx

https://www.turkhaberler.net/guncel/secimlerin-favorisi-aliyevdir.htm

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz