Fərid Şahbazlı səfirlər və diplomatlarla görüşlərə başlayır
Bütün Xəbərlər
17:29 13.07.2012
1286
"İslahatçı Gənclər" İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı avqust ayından etibarən ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və digər diplomatik korpusların nümayəndələri ilə görüşlərə başlayacaq. Bu barədə məlumat verən İB sədrinin sözlərinə görə, buna səbəb ölkədəki ictimai-siyasi vəziyyəti, xüsusilə də gənclər sektorundakı durumu müzakirə etmək və onlara reallığı əks etdirən informasiyaları çatdırmaqdır: "Eyni zamanda, bu ölkələrin gənclər birlikləri ilə təşkilatımız arasında münasibətlərin inkişaf etdirilməsi, mədəniyyətlərimizin təbliği və digər mövzular ətrafında birgə fəaliyyətin göstərilməsi əsas müzakirə mövzularından biri olacaq".