Fərid Şahbazlı "TRT Haber"də Ermənistanın işğalçılıq siyasətindən danışdı-FOTOLAR

Fərid Şahbazlı "TRT Haber"də Ermənistanın işğalçılıq siyasətindən danışdı-FOTOLAR
GƏNCLİK
00:21 02.04.2017
8759
 "İslahatçı Gənclər" İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı Türkiyənin "TRT Haber" televiziyasının "Gecə baxışı" proqramının canlı yayımında qonaq olub.
 
AZXEBER.COM-un məlumatına görə, Türkiyənin tanınmış jurnalisti Fuat Kozluklunun təqdimatında yayınlanan proqramda əsas müzakirə mövzusu 31 mart Azərbaycanlıların Soyqrımı Günü, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti olub. Proqramda çıxış edən F.Şahbazlı bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı qırğın törədiblər. O, qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
 
Fərid Şahbazlının sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti formallıqdan başqa bir şey deyil: "Bu qurum öz əhəmiyyətini tamamilə itirib. Onların münaqişənin həlli adı altında ölkələrə etdikləri səfərlər yalnız turistik xarakter daşıyır". "İslahatçı Gənclər" İB-nin sədri jurnalist Fuat Kozluklunun suallarına cavab olaraq deyib ki, bugün Azərbaycan xalqı öz ordusuna güvənir və Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyir: "Biz hələ də inanırıq ki, münaqişənin sülh yolu ilə həll imkanları tükənməyib. Lakin, əgər bu proses tezliklə yekunlaşmazsa, xalqımız, gəncliyimiz Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın hərbi sahəyə ayırdığı büdcə Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Silahlı Qüvvələrimiz bütün istiqamətlər üzrə özünün yüksək peşəkarlığı ilə bölgənin ən güclü ordularından biridir. Qəhrəman əsgər və zabitlərimiz ötən ilin aprel döyüşlərində düşmənə layiqli cavab verməklə, öz gücünü nümayiş etdirdi. Bu düşmən üçün bir dərs olmalıdır".
 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir