Fərid Şahbazlı 'TürkiyeHaber'ə danışdı: 'Prezident seçkilərinin qalibi İlham Əliyev olacaq'

Fərid Şahbazlı
GƏNCLİK
16:35 07.10.2013
1901

“İslahatçı Gənclər” İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlının Azərbaycanda keçiriləcək 9 oktyabr Prezident seçkiləri ilə bağlı Türkiyənin nüfuzlu media qurumlarına açıqlamaları davam edir. Qardaş ölkənin nüfuzlu “Türkiye Haber Ajansı” və eyniadlı qəzeti F.Şahbazlının seçkilərlə bağlı açıqlamasını (https://www.turkiyehaberajansi.com/haberdetay/69270/Aliyeve-Genclerden-Tam-Destek) “Aliyev’e Gençlerden Tam Destek” sərlövhəsi ilə dərc edib. 

F.Şahbazlı bildirib ki, 9 oktyabrda keçiriləcək seçkilərdə Prezident İlham Əliyev bütün rəqiblərini üstələyir və keçirilən bütün yerli və beynəlxalq sorğular sübut edir ki, 9 oktyabr seçkilərinin favoriti Prezident İlham Əliyevdir.

Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyən F.Şahbazlı qeyd edib ki, bəzi beynəlxalq dairələr ölkədə həyata keçirilən islahatlara kölgə salmaq üçün fəaliyyət göstərirlər. Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanın xarici siyasətdə hücum mövqeyində olması bəzi siyasi çevrələrdə qısqanclıq yaradır: “Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi, iqtisadi uğurları, dünya miqyasında siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsi, ölkə başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mövqeyi bəzi beynəlxalq dairələr tərəfindən qısqanclıqla qarşılanıb. Xüsusən dünyanın öndə gedən müxtəlif ölkələrində təsir qüvvəsi olan erməni lobbisi bu məsələdə fəallıq göstərir və öz əlaqələri vasitəsilə Azərbaycandakı seçkiləri qaralamağa çalışır. Amma hər kəs bilməlidir ki, ölkəmizdə azad və ədalətli seçkilər olacaq və bu seçkilərin qalibi heç şübhəsiz ki, Azərbaycan gənclərinin lideri İlham Əliyev olacaq”.

Qeyd edək ki, Fərid Şahbazlı bundan əvvəl də Azərbaycandakı prezident seçkiləri ilə bağlı Türkiyənin bir sıra nüfuzlu media qurumlarına açıqlamalar verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi