Fərid Şahbazlı Ukrayna mediasına Ermənistanın sərhəddəki təxribatlarından danışdı

Fərid Şahbazlı Ukrayna mediasına Ermənistanın sərhəddəki təxribatlarından danışdı
SOSİAL
14:07 23.11.2021
239
Son həftələr Ermənistanın dövlət sərhəddində Azərbaycana qarşı törətdiyi təxribatlar Ukrayna mediasının diqqət mərkəzindədir. Ukraynanın "Qolos” Media Qrupu sərhəddəki vəziyyətdən və Ermənistanın Azərbaycana qarşı hücumlarından bəhs edən məqalə ilə çıxış edib.

"Qolos” Media Qrupuna açıqlama verən Editor.az İnformasiya Portalının baş redaktoru, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Ermənistan Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib: "Bu istiqamətdə yerləşən sərhəd döyüş mövqelərində əlavə qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən erməni hərbi birləşmələri Azərbaycan ordusunun döyüş postlarına hücum edib. Nəticədə 7 Azərbaycan hərbçisi həlak olub. Şübhəsiz ki, düşmənin təxribatının qarşısı dərhal alınıb və adekvat cavab verilib”.

Fərid Şahbazlı bildirib ki, bu Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra Ermənistanın növbəti dəfə törətdiyi təxribatdır: "Sərhəddə gərginlik yaratmaqla Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını əngəlləmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamağa çalışır. Ermənistan bu cür təxribatlarla eyni zamanda digər ölkələri regiona və prosesə cəlb etməyə çalışır”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın təxribatları bütün regionda sülh və təhlükəsizliyə təhdiddir: "Ermənistan həm imzalanmış Üçtərəfli Bəyannamənin şərtlərinə, həm də beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu təxribatçı addımlar bütün regionda sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bu, regiondakı bütün dövlətlərin maraqlarına ziddir.

Azərbaycan tarixi torpaqlarını qaytardıqdan sonra regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün addımları atır. Azad edilmiş bu torpaqda geniş abadlıq işləri aparılır. Ermənilərin təxribatları regionda vəziyyəti daha da gərginləşdirir.

Bu baxımdan həm region dövlətləri, həm də dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına qəti etiraz etməli və rəsmi İrəvana bu təxribatları dayandırmaq üçün təzyiq etməlidir” – deyə F.Şahbazlı bildirib.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı