Fərid Şahbazlı Ukrayna mətbuatına müsahibə verib

GƏNCLİK
18:45 04.06.2013
1716

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Ukraynanın gündəlik dərc olunan nüfuzlu nəşrlərindən olan “Den”qəzetinə Türkiyədə yaşanan son olaylarla bağlı açıqlama verib. Birliyin Mətbuat katibliyinin məlumatına görə, Fərid Şahbazlı qəzetə açıqlamasında bildirib ki, qardaş ölkədə Gəzinti Parkının sökülməsinə etiraz olaraq başlanan aksiyaların belə geniş miqyas alması üçün ciddi səbəb yoxdur və hadisələrin bu şəkildə inkişafı təsadüfi deyil: “Türkiyə sürətlə inkişaf edir, bu ölkədə yaşayan insanların sosial rifah halı kifayət qədər yaxşıdır. İnsanların parkın sökülməsinə olan etirazı qəbulolunandır. Ancaq nəzərə alsaq ki, hökumət Gəzinti Parkında söküntülərinin dayandırıldığını bəyan etməsinə rəğmən aksiyalar davam edir, o zaman baş verənlərdə üçüncü qüvvənin əlinin olduğu ehtimalı ortaya çıxır. Mən hesab edirəm ki, bu yalnız türk xalqının etiraz deyil, əvvəldən planlaşdırılmış və idarə olunan prosesdir. Bu Türkiyənin regiondakı nüfuzuna zərbə vurmaq cəhdidir. Ancaq düşünürəm ki, hadisələr 3-4 günə sakitləşəcək. Proseslərin nəticəsi olaraq isə onu deyə bilərəm ki, ən pis halda Ərdoğan növbəti seçkilərdə İstanbulda ötən seçki ilə müqayisədə nisbətən daha az səs alacaq. Bütün hallarda baş verənlər Türkiyənin xeyrinə deyil, bu ölkənin imicinə, turizm potensialına zərbədir”.

Qeyd edək ki, “Den” qəzetində dərc olunan “Nəhənglərin savaşı” adlı məqalədə Fərid Şahbazlı ilə yanaşı, Türkiyənin nüfuzlu “Radikal” qəzetinin baş redaktor müavinin Bülent Mumay, Ukraynanın Türkiyədəki səfirliyinin mətbuat katibi Əmir Rüstəmov və Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Pavel Barbaneçin də mövqeyi dərc olunub. Məqalə ilə bu linkdən tanış ola bilərsiniz: https://www.day.kiev.ua/ru/article/tema-dnya-den-planety/bitva-titanov

OXŞAR XƏBƏRLƏR