Fərid Şahbazlı: “Xarici ölkələrin gəncləri bu konfransa qatılmamalıdır”

Fərid Şahbazlı: “Xarici ölkələrin gəncləri bu konfransa qatılmamalıdır”
GƏNCLİK
16:28 15.06.2017
2072
2017-c ili 14-17 sentyabr tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, belə bir konfransın keçirilməsinə cəhd Ermənistanın növbəti siyasi təxribatı və beynəlxalq hüquq normalarına etdiyi  hörmətsizlikdir: "Konfrasının keçirilməsinin nəzərdə tutulduğu ərazilər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarıdır. Bu ərazilərin Ermənistan tərəfindən işğalı və orada heç bir dövlət tərəfindən tanınmayan qondarma cinayətkar rejimin yaradılması faktı bütün dünya tərəfindən qəbul edilməkdədir.

Ermənistanın dəvəti ilə bu ərazilərdə hər hansı konfransda iştirak etmək beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin pozulması faktıdır və bu hüquqi məsuliyyət yaradır. Biz bu konfransda iştirak üçün dəvət olunan xarici ölkələrin gənclərini diqqətli olmağa, Ermənistanın yalanlarına uymamağa və işğalçı dövlətin təxribatçı əməllərinə alət olmamağa çağırırıq”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və özünün işğalçılıq siyasətini legitimləşdirmək cəhdi nəticə verməyəcək: "Bugündən etibarən bu konfransa dəvət olunması ehtimal edilən bütün beynəlxalq gənclər təşkilatlarına Ermənistanın işğalçılıq siyasəti və bu konfransın təxribatçı mahiyyəti ilə bağlı məlumat xarakterli müraciətlər edəcəyik. Eyni zamanda xarici KİV və sosial şəbəkələr üzərindən işğalçı rejimin bu qanunsuz fəaliyyəti ilə bağlı davamlı məlumatlandırma kampaniyaları təşkil edəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir