Noyabr ayının 28-də Qaynar.info Milli Xəbər Portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri(İGİB) Fərid Şahbazlının 20 yaşı tamam olur. 14 yaşından aktivictimai fəaliyyətlə məşğul olan F.Şahbazlı ölkəmizin ən gənc jurnalistlərindən və fəallardan biri sayılır.
F.Şahbazlı 1991-ci il noyabrın 28-də Bakı şəhərində anadan olub. Səbail rayonundakı 7 saylı orta ümumtəhsil pilot məktəbinin məzunu, “Odlar Yurdu” Universitetində Jurnalistika ixtisası üzrə III kurs tələbəsidir.
Müxtəlif beynəlxalq tədbirlərin iştirakçısı və mükafatçısı olan F.Şahbazlı 2006-cı ildən 2011-ci ilədək “Gənc Liderlər” UGT-nin sədri, 2011-ci ildən isə “İslahatçı Gənclər” İctimai Birliyinin rəhbəridir.
2009-cu ildən Qaynar.info Milli Xəbər Portalının baş redaktorudur.
20 yaşının tamam olması münasibəti ilə AZXEBER.COM-un əməkdaşları Fərid Şahbazlını təbrik edir, şəxsi və iş həyatından uğurlar arzu edirik.