Fərid Şahbazlıya bir gündə iki mükafat- FOTOLAR

GƏNCLİK
15:10 02.02.2013
2166

2 Fevral Gənclər Günündə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı iki mükafat layiq görülüb.

Səbayel rayon İcra Hakimiyyətinin məşhur“Cristall-Hall”da Gənclər Gününə həsr edilən möhtəşəm bayram tədbirində Fərid Şahbazlı bir neçə gənclə birgə İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun imzası ilə Fəxri Fərman, mükafat və hədiyyə ilə təltif edilib.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyiisə F.Şahbazlını “Vətənpərvər gənc” Fəxri Adına layiq görüb. Mükafatı alanlar sırasında Millət vəkili Qənirə Paşayeva, Əməkdar artist Tünzalə Ağayeva, tanınmış modolyer Fəxriyyə Xələfova və digərləri var.

Xatırladaq ki, F.Şahbazlı bundan öncə AGAT tərəfindən “AGAT-ın dostu” mükafatı ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR