Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY

Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY
KRİMİNAL
10:40 27.02.2021
4487
Ağstafa rayonunda arvadını və onunla yataqda olan ferma sahibini güllələməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Misir İbrahimovun məhkəməsi başa çatıb.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, Misir İbrahimov çoban işlədiyi Ağstafa rayonu Qarayazı qəsəbəsində Sakit Nəsibova məxsus fermada onunla birlikdə yemək yeyib, spirtli içki qəbul edib.

Daha sonra Sakit Nəsibov onu armud gətirmək üçün kəndə göndərib. Misir İbrahimov fermada arvadı Şərifə Həməşayevanın Sakit Nəsibovla tək qalaraq yaxın münasibətdə olmasından şübhələnib. Bu səbəbdən yolun yarısından geriyə qayıdıb, fermadakı üstü örtülü, kənarlarının bir tərəfi bağlı, digər tərəfi açıq olan çardağa baxıb. Çarpayıda arvadının yarıçılpaq şəkildə Sakit Nəsibovla uzandığını görüb.

O, fermada yaşadığı otağa gedib və otaqdan tüfəngi götürüb. Sonra Şərifə Həməşayeva və Sakit Nəsibovun olduğu yerə gəlib. Çarpayıda uzanıqlı vəziyyətdə olan Sakit Nəsibova bir neçə metr məsafədən tüfəngin lüləsini tuşlayaraq ona namusuna sataşdığını bildirib və atəş açıb. Sakit Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Misir İbrahimov daha sonra həmin çardaqda stolun kənarında dayanan arvadı Şərifə Həməşayevanın qarın nahiyəsinə atəş açıb. Arvadının qan axmasından öləcəyini düşünüb və onu yaralı vəziyyətdə qoyaraq gedib.

Şərifə Həməşayeva Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Misir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Misir İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Sakit Nəsibovun hüquqi varisi tərəfindən apelyasiya şikayəti verilib. Hüquqi varis cinayət işinin yenidən araşdırılması ilə ibtidai istintaqa göndərilməsini xahiş edib.

Apelyasiya şikayəti onunla əsaslandırıb ki, Misir İbrahimovun cinayəti ittihamda göstərilən niyyətlə deyil, gizlədilən alçaq niyyətlə əlaqədardır.

Onun sözlərinə görə, zərərçəkmiş şəxs Şərifə Həməşəyevanın ifadəsində göstərildiyi kimi Misir İbrahimovun Sakit Nəsibovu vurması hadisə gününədək olan davamlı mübahisələrdən irəli gəlib: "Məhkəmə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin fərqli ifadələrinə istinad edərək cinayətin motivini ibtidai istintaq tərəfindən verildiyi kimi təsdiq edib. Əslində isə zərərçəkmiş şəxs doğru danışıb, əvvəldən sona kimi ifadəsini eyni cür, dəyişdirmədən verib".

Hüquqi varis şikayətinin sonunda təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və sonda qərar elan edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət araşdırılması üçün hakim İlqar Qılıcovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı