AB-nin ekoloji siyasətinə və ucuz ərzaq idxalına dözməyən belçikalı fermerlər traktorları ilə Avropa İttifaqının Baş Qərargahını blokadaya alıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, vergilər, artan xərclər və ucuz idxal qarşısında fermerlərə daha çox kömək üçün təzyiq etmək üçün Avropa İttifaqı liderlərinin sammitində səhər erkən saatlarda Brüssel küçələrində traktorlar düzülüb.
Belçika və digər Avropa ölkələrindən gələn fermerlər səslərini daha sonra görüşəcək AB liderlərinə çatdırmağa çalışarkən, traktorda "Dünyanı sevirsənsə, onu idarə edənlərə dəstək ol” yazılmış pankart açılıb.
Başqa bir pankartda isə "Əkinçi yoxdursa, yemək də yoxdur”, - deyə yazılıb.
Polis Brüsseldə təxminən 1000 traktorun əsas küçələri bağladığını açıqlasa da, bölgəyə çoxlu çevik polisi qrupları da göndərilib.
Fermerlər az maaş aldıqlarını, vergilər və yaşıl qaydalarla boğulduğunu və xaricdən haqsız rəqabətlə üzləşdiklərini deyirlər.
Fermerlərin tənqid etdiyi məsələlər arasında Birliyin kənd təsərrüfatı siyasəti, təbiətin bərpası hədəfləri, subsidiyaların azaldılması, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yüksək enerji, yanacaq və gübrə xərcləri, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirləri daxildir.
Ötən ildən bəri bütün Avropada fermerlər yanacağın bahalaşması, vergilər və dəstək ödənişlərinin yetərli olmaması səbəbindən dövlət qurumları və müxtəlif təşkilatların qarşısına palçıq və ya gübrə tökərək və ya yolları bağlayaraq etiraz aksiyası keçirirlər.
Mikayıl