Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
SOSİAL
22:52 19.09.2026
42
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının mövsüm başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verən yeni mexanizm yaradılır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. "Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsinin hazırlanması aqrar sahədə yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur. 

Başqa sözlə, fermer məhsul yetişməmişdən əvvəl elektron sistem üzərindən məhsul şəhadətnaməsi təqdim edərək bankdan, bank olmayan kredit təşkilatından və ya tədarükçüdən vəsait ala biləcək. Borc sonradan pul və ya yetişdirilən məhsulla ödəniləcək.

Məhsul şəhadətnaməsi adi arayış deyil, qiymətli kağız sayılacaq. Fermer borcunu ödəməzsə, bu sənəd icra sənədi kimi dərhal icraya yönəldilə biləcək.

Ancaq fermerdən asılı olmayan risklər də var. Quraqlıq, dolu, xəstəlik və digər səbəblər məhsuldarlığı azalda, bazarda qiymətlərin enməsi isə fermerin gəlirini aşağı sala bilər.

İqtisadçı Xalid Kərimli hesab edir ki, belə hallarda bütün borc yükünün fermerin üzərində qalması onu müflisləşdirə bilər.

 Qeyd edək ki, layihə Milli Məclisin Aqrar siyasət komitəsində birinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Sənəd qəbul edilərək dərc olunarsa, üç ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR