FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi
TOP4
19:50 19.10.2017
2327
Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan təmsilçiliyinin yaranmasında vacib rol oynadığı bildirilən Faruk Yıldız Türkiyəyə girişi zamanı həbs edilib.
Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.
Faruk Yıldızın Ankara Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi bildirilir. Qeyd edək ki, Faruk Yıldız
Azərbaycanda fəaliyyət göstərən "Yıldız Elektrik" Şirkətinin sahibidir.