"Fevralın 7-si qürur tariximizin mühüm bir həlqəsi olacaq" - Deputat

"Fevralın 7-si qürur tariximizin mühüm bir həlqəsi olacaq" - Deputat
SOSİAL
11:06 12.12.2023
164
"Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim 6 ali konstitusion niyyətimizdən biridir". 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən danışarkən deyib.

Deputat deyib ki, 32 il sonra seçkilərin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ torpaqlarında da keçirilməsi qürurverici haldır:

"Azərbaycan öz müstəqilliyini bərpa etdiyi 32 il ərzində, daha dəqiq desək, real müstəqilliyimizin 30-cu ilində biz, nəhayət ki, ilk dəfə olaraq bəyan edə bilirik ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının qətiyyəti sayəsində bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş, bütün suveren ərazilərində Konstitusiya quruluşunu bərqərar etmiş bir dövlətdir və tariximizdə də ilk dəfə olaraq belə bir situasiyada seçki keçirməyə hazırlaşırıq. 

Bu mənada, Konstitusiyanın 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, möhtərəm cənab Prezidentin fevralın 7-nə müəyyənləşən növbədənkənar Prezident seçkiləri beynəlxalq hüquqla tanınan bütün ərazilərimizi əhatələməklə bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq".

Millət vəkili əlavə edib ki, tarixi Qarabağ zəfərimiz yeni reallıqlara yol açıb:

"Aydındır ki, Zəfərimizlə yeni reallıq yaranıb, artıq tələblərimiz, prioritetlərimiz dəyişib və necə ki 2017-ci ildə start verilən və bizi böyük qələbələrə aparan islahatlar o zaman cənab İlham Əliyev tərəfindən zirvədən, yuxarıdan başlandı, bu gün də möhtərəm cənab Prezident yeni dövrün tələbinə uyğun olaraq islahatları məhz zirvədən başlamaqla böyük siyasi mədəniyyət nümayiş etdirir.

Bu o deməkdir ki, necə ki Ulu Öndər Heydər Əliyev yalnız xalqa güvənərək müasir Azərbaycan dövlətini qurub, yalnız xalqa güvənərək Azərbaycan dövlətini dağılmaqdan, məhv olmaqdan qurtardı, necə ki Azərbaycan xalqını qardaş qırğınından, vətəndaş müharibəsindən xilas etdi, cənab İlham Əliyev də tam yeni, qüdrətli Azərbaycan quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir və bu, eyni zamanda bizim xalqımız üçün də fürsətdir ki, bizi illərdir qələbədən qələbəyə aparan, bizi tariximizin ən güclü və qalib dövlətinə çevirən Müzəffər Liderinə özünün minnət borcunu, təşəkkür borcunu çatdırsın".

Deputat hesab edir ki, xalq 7 fevral növbədənkənar prezident seçkilərində İlham Əliyevin siyasətinə, gücünə etibar edəcək:

"Ümumiyyətlə, ortada dəyişməyən yalnız bir reallıq var ki, Azərbaycan xalqı yaxşı anlayır ki, Heydər Əliyev siyasi kursunun, cənab İlham Əliyevin siyasətinin alternativi yoxdur və xalq, hər birimiz əminik ki, fevralın 7-də məhz özünün gələcəyinə, özünün daha qüdrətli Azərbaycan naminə xidməti kimi baxaraq bu siyasətə dəstək verəcək".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb