Fəvvarələr meydanında yanğın baş verib: Bir nəfər tüstüdən zəhərlənib

Fəvvarələr meydanında yanğın baş verib: Bir nəfər tüstüdən zəhərlənib
SOSİAL
22:44 25.11.2025
132
Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə AZXEBER.COM-a Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR